Hövsan qəsəbəsində çirkab suları birbaşa Xəzər dənizinə axıdılır

14:01 | 13.08.2016
Hövsan qəsəbəsində çirkab suları birbaşa Xəzər dənizinə axıdılır

Hövsan qəsəbəsində çirkab suları birbaşa Xəzər dənizinə axıdılır

Bununla bağlı Suraxanı Su-Kanal idarəsinin rəisi barəsində akt tərtib edilib və cərimə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Hövsan qəsəbəsində çirkab suların dənizə axıdılması ilə bağlı daxil olan şikayəti yerində araşdırıb.

Nazirlikdən "Report”a verilən məlumata görə, araşdırma zamanı Hövsan qəsəbəsi, Bağlar massivi adlanan ərazidə fərdi yaşayış evlərində formalaşan çirkab suların birbaşa Xəzər dənizinə axıdılması faktı öz təsdiqini tapıb.

Faktla bağlı əraziyə xidmət göstərən Suraxanı Su-Kanal idarəsinin rəisi Əbulfəz Kərimzadə barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.
Mövcud çatışmazlıqların təcili aradan qaldırılması üçün Suraxanı Su-Kanal idarəsininə icrası məcburi olan "Məcburi göstəriş” verilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb