İbrahimoviç Ronaldonun rekordunu təkrarladı

09:25 | 08.09.2014
İbrahimoviç Ronaldonun rekordunu təkrarladı

İbrahimoviç Ronaldonun rekordunu təkrarladı

İsveç millisinin və PSJ-nin hücumçusu Zlatan İbrahimoviç futbolda qeyri-adi sayıla biləcək nailiyyətə imza atıb.Qol.az-ın məlumatına görə, o, karyerası ərzində 90 dəqiqəlik matçların hər dəqiqəsində qol vuran ikinci futbolçu kimi tarixə düşüb.Sentyabrın 4-də Estoniya ilə yoxlama oyununda 32 yaşlı futbolçu dubl edib. O, 24-cü dəqiqəqə vurduğu qol sayəsində sözügedən rekordu təkrarlayıb.Qeyd edək ki, İbrahimoviç qollarının əksəriyyətini ikinci hissənin uzatma dəqiqələrində vurub. Təcrübəli hücumçu 90 və uzatma dəqiqələrində rəqib qapılarından 25 top keçirib. Ümumilikdə isə o, karyerasında 369 qol vurub.Xatırladaq ki, bu ilin fevralın Portuqaliya millisinin və “Real”ın futbolçusu Kriştiano Ronaldo da bütün dəqiqələrdə qol vuran ilk oyunçu kimi tarixə düşüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb