İçi adamla dolu təyyarə qəzaya uğradı

18:00 | 11.04.2018
İçi adamla dolu təyyarə qəzaya uğradı

İçi adamla dolu təyyarə qəzaya uğradı

Əlcəzair günə faciə ilə başlayıb. İstiPress-in məlumatına görə, hərbi nəqliyyat təyyarəsi "İl-76" qəzaya uğrayıb. İlkin məlumata görə, qəza nəticəsində 200 nəfər ölüb.

Təyyarə ölkənin paytaxdından 50 km aralıda olan Bufarika hərbi bazasının aerodromundan havaya qalxıb. Havaya qaxdıqdan bir neçə dəqiqə sonra isə qəzaya uğrayıb. Bu barədə "AlHadath" telekanalı məlumat yayıb.

Təyyarə yerə çırpılan kimi alovlanıb.

Hələlik ölkə rəsmiləri qəza barədə rəsmi məlumat verməyiblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM