İctimai Televiziyadan Elnur Hüseynovla bağlı təkzib

15:35 | 20.02.2015
İctimai Televiziyadan Elnur Hüseynovla bağlı təkzib

İctimai Televiziyadan Elnur Hüseynovla bağlı təkzib

İctimai Televiziya "O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynovun "Eurovision-2015” mahnı müsabiqəsinə göndərilməsi haqda yayılmış xəbərə münasibət bildirib.

İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a daxil olan məlumata görə, E.Hüseynovun "Eurovision-2015” mahnı müsabiqəsinə göndərilməsi haqda yayılmış xəbərlər həqiqətə uyğun deyil:

"İctimai Televiziya və Radio Yayımları Şirkəti olaraq bəyan edirik ki, biz bu məsələ ilə bağlı heç bir sayta açıqlama verməmişik.

"Eurovision-2015”də Azərbaycanı təmsil edəcək ifaçı məlum olanda İctimai TV rəsmi açıqlama ilə çıxış edəcək”.

Qeyd edək ki,  "O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynovun builki "Eurovision-2105” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcəyi haqda xəbərlər yayılıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb