İflas olan bank təminatsız kreditorlarına ödənişə başladı

22:12 | 20.07.2016
İflas olan bank təminatsız kreditorlarına ödənişə başladı

İflas olan bank təminatsız kreditorlarına ödənişə başladı

İflas prosesində olan "Royal Bank” ASC-nin ləğvedicisi "tələbləri qeydə alınmış kreditorların nəzərinə” məlumat yayıb.

ANN.Az "Marja”ya istinadən xəbər verir ki, "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinin tələbinə uyğun olaraq, "Royal Bank” ASC-nin təminatsız kreditorlarının tələblərinin 2016-cı il iyulun 19-dan növbəti dəfə proporsional ödənilməsi həyata keçirilməyə başlayıb.

Ödənişlərin həyata keçirilməsi Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 86 nömrəli ünvanda aparılır.

Əlavə məlumat almaq üçün +994 12 434- 73- 56, 077 277- 66- 69 nömrəli telefonlarla əlaqə saxlamaq olar. İflas prosesində olan "Royal Bank” ASC-nin ləğvedicisi "Azerbaijan İnternational Consulting Company” MMC-dir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb