III Dünya Müharibəsi Qarabağda başlaya bilər - PROQNOZ

13:10 | 24.12.2018
III Dünya Müharibəsi Qarabağda başlaya bilər - PROQNOZ

III Dünya Müharibəsi Qarabağda başlaya bilər - PROQNOZ

"Soyuq müharibə” dövründə vaxtaşırı gərgin anlar yaşansa da, 1945-ci ildən bəri Üçüncü Dünya Müharibəsinin qarşısı alınıb. "Berlin divarlarının” sökülməsindən sonra 20 il ərzində böyük dövlətlər arasında müharibə baş verəcəyi təsəvvürü belə olmayıb. Ancaq hazırda Çinin hərbi-iqtisadi qüdrətinin və ərazi iddialarının gündən-günə artması və Rusiyanın beynəlxalq düzənə meydan oxuması irimiqyaslı münaqişəni yenidən "menyuya qaytarır”.

Oxu.Az xəbər verir ki, bunları tanınmış amerikalı jurnalist və politoloq Robert Farli "The National İnterest” analitik jurnalında dərc olunan, Üçüncü Dünya Müharibəsinin başlama mümkünlüyünə dair proqnozlarından ibarət məqaləsində bildirib.

Farli 2019-cu ildə III Dünya Müharibəsinin başlaya biləcəyi beş potensial bölgəni açıqlayıb.

Cənubi Çin dənizi

Cənubi Çin Dənizi ABŞ və Çin arasında ticarətlə bağlı münasibətlərin gərginləşməsi fonunda iki dövlət arasında əsas toqquşma nöqtəsinə çevrilə bilər. Hələlik qarşıdurma gərgin ritorikalar, tariflər və müxtəlif ticarət sanksiyaları şəklində davam edir.

Bu yaxınlarda ABŞ və Kanada Çinin "Huawei” texnologiya şirkətinin icraçısını həbs etməklə onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirib. Nəticədə, bundan hiddətlənən Çin Kanada və ABŞ şirkətlərinə qarşı "ifritə ovuna” başlayıb.

ABŞ və Çin arasında gərginlik daha eskalasiya edib, dollarla müharibə, hədə-qorxu ritorikası və beynəlxalq məhkəmə işlərindən daha dərin münaqişəyə çevrilə bilər. Münaqişənin qarşısını almaq üçün hər hansı tədbirlər görülməsə, Cənubi Çin Dənizinin toqquşmaların ilk meydanı olacağı ehtimalı olduqca yüksəkdir.

Ukrayna

Üçüncü Dünya Müharibəsinin daha bir potensial "qığılcımı” Ukraynada düşə bilər. Bu yaxınlarda Kerç boğazında baş vermiş insident Kiyevlə Moskva arasında eskalasiyanı artırmaqdan savayı, Rusiya ilə NATO arasında da gərginliyə yol açıb.

İran körfəzi

Növbəti təhlükəli zona kimi İran körfəzi göstərilib. ABŞ-ın Tehrana göstərdiyi təzyiqlərin yüksək səviyyəyə çatması, Yəməndə davam edən vətəndaş müharibəsi və Suriyadakı hərbi-siyasi qeyri-sabitlik İran körfəzini Üçüncü Dünya Müharibəsinin ilk toqquşma meydanına çevirə bilər.

Ekspertin fikrincə, İranda düşə biləcək siyasi ixtilaf regionda qeyri-sabitliyi dərinləşdirə, İranı daha aqressiv mövqe tutmağa vadar edə bilər. Ən pis halda İslam Respublikası öz düşmənlərini hədəfə alacaq. Farli kürdlər, türklər, suriyalılar və iraqlılar arasındakı gərginliklərin hər an açıq münaqişə ilə nəticələnə biləcəyini istisna etmir.

Koreya yarımadası

ABŞ və Şimali Koreya liderlərinin iştirakı ilə keçirilən zirvə toplantısından sonra iki ölkə arasında uzun illər davam edən gərginlik əhəmiyyətli dərəcədə azalıb. Kim Çen In nüvə və ballistik raket sınaqları ilə bağlı bir sıra güzəştlərə gedib, Donald Tramp isə anti-Koreya ritorikasını dəyişməli olub və "səs tonunu” aşağı salıb.

Amma ekspert düşünür ki, tərəflərin yenidən açıq düşmənə çevriləcəyi ilə bağlı risklər hələ də mövcuddur. KXDR bir sıra vədlər versə də, nüvə silahları və uzaqmənzilli ballistik raketlərin istehsalı ilə bağlı proqramı nə dayandırıb, nə də tempini aşağı salıb.

Trampın müşavirləri fundamental ziddiyətlərin olduğundan xəbərdardır və vəziyyət onları qane etmir. Farli hesab edir ki, bu və ya digər administrasiyanın bəzi "ünsürləri” sövdələşmənin pozulmasına can atsa, Kimin Trampa və ya Trampın Kimə qəzəbi tutsa, Vaşinqton və Pxenyan arasında əvvəlkindən təhlükəli eskalasiyalar qədəm qoya bilər.

Digər potensial bölgələr

Ekspert amerikalı polkovniklərdən birindən sitatla başlayır:

"Koreya Müharibəsindən bəri ABŞ heç bir münaqişəni düzgün proqnozlaşdıra bilməyib. Üçüncü Dünya Müharibəsini niyə bu baxımdan istisna edək?”

Böyük qüvvələr diplomatik, hərbi və siyasi resurslarını "qablarında olan” ən ciddi münaqişələrə yönəldir. Onlar üçün daha az əhəmiyyətli görünən münaqişələrə lazımınca diqqət ayırmırlar. Bu isə o deməkdir ki, onlar nəyin nə yerdə olduğunu özləri üçün ayırd etməyə macal tapmamış, həmin münaqişələr daha da gərginləşə və daha iri miqyas ala bilər.

Bu baxımdan, Üçüncü Dünya Müharibəsi potensialı daşıyan münaqişələr Baltikada, Azərbaycanda (Dağlıq Qarabağda), Kəşmirdə və hətta Venesuelada alovlana bilər. Ekspert  III Dünya Müharibəsinin tamamilə gözlənilməz istiqamətdən də başlaya biləcəyini istisna etmir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb