İki avtomobil toqquşdu: üç nəfər ağır yaralandı

15:00 | 15.06.2017
İki avtomobil toqquşdu: üç nəfər ağır yaralandı

İki avtomobil toqquşdu: üç nəfər ağır yaralandı

Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Anews.az APA-ya istinadən xəbər verir ki, Ağsu şəhərindəki bazarın qarşısında rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyev Kamran Qalib oğlunun idarə etdiyi VAZ 2106 markalı minik avtomobili qarşı tərəfdən gələn 1992-ci il təvəllüdlü Quluzadə Asim Abuzər oğluna məxsus VAZ 2106 markalı avtomobillə toqquşub.
 
Nəticədə hər iki avtomobilin sürücüsü və sərnişin, 1991-ci il təvəllüdlü Nuriyeva Gülnar Şakir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM