İki dəfə ağciyər köçürülən müğənni öldü - FOTO

09:34 | 25.04.2019
İki dəfə ağciyər köçürülən müğənni öldü - FOTO

İki dəfə ağciyər köçürülən müğənni öldü - FOTO

İki dəfə ağciyər transplantasiyası əməliyyatı keçirmiş tanınmış amerikalı opera müğənnisi Çariti "Sanşayn” Tilman-Dik 35 yaşında vəfat edib.

Bu barədə BBC məlumat yayıb.

Gənc ifaçıya 2004-cü ildə ağciyər hipertenziyası diaqnozu qoyulub. Sağ qalması üçün ona iki dəfə donor ağciyəri köçürülüb.

Fiziki məhudiyyətli olmasına rəğmən, uzun illər karyerasını davam etdirib və dünyanın müxtəlif opera teatrlarında məlahətli soprano səsi ilə dinləyicilərin könlünü oxşayıb.  

Müğənninin ölüm xəbərini ailəsi onun "Facebook” səhifəsində elan edib.

"Bizim əziz, sevimli Çariti həyat yoldaşı, anası və bacı-qardaşlarının ətrafında rahat şəkildə dünyadan köçdü”, - deyə məlumatda qeyd olunur.

Ölümün səbəbi hələlik açıqlanmır.

oxu.az
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb