İlham Əliyev fövqəladə toplantı keçirdi

20:56 | 18.10.2015
İlham Əliyev fövqəladə toplantı keçirdi

İlham Əliyev fövqəladə toplantı keçirdi

Bu gün Azərbaycan prezidenti İlham Əliyev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə fövqəladə toplantı keçirib.

"Qafqazinfo”ya daxil olan məlumata görə, bu gün bazar günü olmasına baxmayaraq dövlət başçısı işə çıxıb.

Məlumatlara görə, toplantı Prezident Adminstrasiyasında Dövlət Təhlükəsizlik Şurasının üzvlərinin iştirakı ilə baş tutub.

Toplantıda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbləri, Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub.
Digər məlumatlara görə, dünən prezident Eldar Mahmudovu vəzifədən azad etməzdən əvvəl onu şəxsən qəbul edib və nazirin yarıtmaz fəaliyyəti faktlarla qarşısına qoyulub.

Məhz həmin ərəfədə də Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən MTN-də əməliyyat keçirildiyi qeyd edilir.

Onu da əlavə edək ki, bu hadisələr dövlət başçısının Qazaxıstan səfərindən geri qayıtmasından dərhal sonra baş verib.

Bütün bunlarla bağlı dövlət qurumları tərəfindən xüsusi açıqlamanın veriləcəyi gözlənilir. Azərbaycan ictimaiyyəti nazirin işdən çıxarılmasının təfərrüatları və baş verənlərlə bağlı məlumatlandırılacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb