İlham Əliyev icra başçısını işdən çıxardı - SƏRƏNCAM

16:36 | 21.12.2018
İlham Əliyev icra başçısını işdən çıxardı - SƏRƏNCAM

İlham Əliyev icra başçısını işdən çıxardı - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev  Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 

Anews.az xəbər verir ki, sərəncama əsasən Gülağa Bayram oğlu İslamov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, İslamov Gülağa Bayram oğlu 1948-ci ilin dekabrın 19-da Bakı şəhərində anadan olub. 1995-ci ilin yanvarın 25-də Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb