İlham Əliyev iki ölkə prezidentinə başsağlığı verdi

17:41 | 11.03.2019
İlham Əliyev iki ölkə prezidentinə başsağlığı verdi

İlham Əliyev iki ölkə prezidentinə başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev "Efiopiya hava yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində yaşanan çoxsaylı insan tələfatına görə Efiopiya və Keniya prezidentlərinə başsağlığı məktubu ünvanlayıb.

Məktubları AZƏRTAC dərc edib.

Efiopiya Federativ Demokratik Respublikasının prezidenti Zati-aliləri xanım Sahle-Uork Zevdeyə ünvanlanmış məktubda deyilir:

"Hörmətli xanım Prezident,

"Efiopiya hava yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Efiopiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Keniya Respublikasının prezidenti Uhuru Kenyattaya ünvanlanmış məktubda İlham Əliyev dərin kədərini ifadə edib:

"Hörmətli cənab Prezident,

"Efiopiya hava yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbərindən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Keniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM