İlham Əliyev Səudiyyə Ərəbistanı kralına başsağlığı verib

13:00 | 12.09.2015
İlham Əliyev Səudiyyə Ərəbistanı kralına başsağlığı verib

İlham Əliyev Səudiyyə Ərəbistanı kralına başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
"Əlahəzrət, Əziz Qardaşım, Məkkə şəhərindəki Məscidül-Həramda baş vermiş faciə nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi son dərəcə sarsıtdı.
 
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
 
Allah rəhmət eləsin!”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM