İlham Əliyev Səudiyyə Ərəbistanının nazirləri ilə görüşüb - YENİLƏNİB

12:37 | 18.01.2017
İlham Əliyev Səudiyyə Ərəbistanının nazirləri ilə görüşüb - YENİLƏNİB

İlham Əliyev Səudiyyə Ərəbistanının nazirləri ilə görüşüb - YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Al Falih ilə görüşüb.
 
ANN.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirən nazir Xalid Al Falih gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
 
O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən uğurlu islahatların əhəmiyyətini qeyd edib.
 
 
 
Prezident İlham Əliyev isə Səudiyyə Ərəbistanına səfərini məmnunluqla xatırlayıb, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin olduğunu deyib.
 
Söhbət zamanı Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycana investisiyaların yatırılması, Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında əməkdaşlıq, "Saudi Aramco” şirkəti ilə SOCAR-ın həm regionda, həm də digər ölkələrdə birgə layihələr həyata keçirmələri və digər məsələlər müzakirə edilib.
 
*** 
 
Azərbaycan prezidenti İlham Əliyev Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Al Falih ilə görüşüb.
 
ANN.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb