İlham Əliyevdən təbrik mesajı

15:45 | 26.05.2015
İlham Əliyevdən təbrik mesajı

İlham Əliyevdən təbrik mesajı

Azərbaycan prezidenti İlham Əliyev Andjey Dudanı Polşa prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab Duda, Polşa Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Biz Azərbaycanla Polşa arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb