İlham Əliyevin məktubu Ermənistanda qorxu yaratdı

21:55 | 21.11.2017
İlham Əliyevin məktubu Ermənistanda qorxu yaratdı

İlham Əliyevin məktubu Ermənistanda qorxu yaratdı

Erməni KİV-lərinin həyəcan dolu təhlilləri

Prezident İlham Əliyevin Uşaqların IV Ümumrespublika Forumunun iştirakçılarına yazdığı məktub Ermənistanda qorxu yaradıb.

İstiPress-in məlumatına görə, məktuba bir sıra erməni KİV-ləri, o cümlədən populyar analitika portalı olan "Lragir” həyəcanla təhlil materialları həsr ediblər.
İlham Əliyevin əsasən bu cümlələri ermənilərdə qorxu yaradıb: "Əminəm ki, düşmən təxribatına qurban getmiş məsum övladlarımızın qanı yerdə qalmayacaq, erməni təcavüzünə son qoyulacaq, Azərbaycanın haqq işi qalib gələcək və ədalət bərqərar olacaq”.

Maraqlıdır ki, Azərbaycanda, konkret olaraq Hadrut rayonunda doğulmuş və böyümüş, böyük ehtimalla Azərbaycan dilini çox yaxşı başa düşən və Azərbaycanı yaxşı tanıyan Haykazn Qaqriyan kimi jurnalistin rəhbərlik etdiyi sayt belə bunu qəbul edə bilmir. Bu xəbərə həsr edilmiş məqalədə Azərbaycan prezidentinin uşaqlara Qarabağ məsələsini xatırlatmasınin çağdaş dəyərlərə uyğun gəlmədiyi iddia edilir.

Görəsən, məqalənin portala yerşədirilməsinə icazə verən Haykazn Qaqriyan nə düşünür? Yəni azərbaycanlıları bu qədər unutqan sayır ki, onların Qorbaçov və ətrafındakı ermənilərin hələ 1989-cu ildə Dağlıq Qarabağa və Gəncə ətrafına 80 minlik ermən silahlı dəstələri yerləşdirdiyini, lakin bunun da köməyi olmadıqda Rusiyadan peşəkar desant birlikləri gətirərək Azərbaycan ərazilərinin 20 faizinin işğal etdirdiyini unudacağınımı düşünür? Düşünür ki, azərbaycanlılar 90 min erməniyə görə 700 min azərbaycanlının öz evindən zorla çıxarıldığını unudacaqlar?Məqalənin anonim qalmağı üstün tutan müəllifi qorxu və hiddətini gizlətmək üçün təhqiramiz sözlərdən də istifadə edir. Onun məqaləsinin ən akademik dildə yazılmış cümləsi aşağıdakı kimidir: "Azərbaycan hələ formalaşmamış uşaqların beynini qan intiqamı ilə zəhərləyir və bu ən yüksək dövlət səviyyəsində gerçəkləşdirilir”.

Əsla. Azərbaycanlılar 1400 ildir Kərbəla faciəsinin münafiqlər tərəfindən İslamın kürəyinə sancılmış xəncər olduğunu unutmayan bir toplumdur. Xocalı faciəsi isə artıq Azərbaycan üçün ikinci Kərbəladır. Azərbaycanlılar Troyadan, o cümlədən Xəzər, Aralıq dənizi və Qara dəniz üçbucağından qovulandan 2 min il sonra geri dönərək onları qovmuş yunanları əsirə çevirən səlcuqların nəvələridir. Bu xalqı maddiyyat yox, ideallar yaşadır. Hüseyn aşiqi olan bu xalq həm də Qarabağ şəhidi Mübariz kimi oğulların yolunun davamçısıdır.

İllər keçəcək, nəsillər əvəzlənəcək, amma Azərbaycan sinəsinə çəkilmiş Xocalı dağını unutmayacaq. Necə ki, Azərbaycan 200 il öncə, yeddi məscidli İrəvanın ona məxsus bir şəhər olduğunu unutmayıb. Ermənilər bu faktı görmək isətəməsələr də Avropadan gələn jurnalistlər çox yaxşı tuturlar. Təsadüfi deyil ki, Britaniya jurnalisti Tomas de Vaal öz məşhur "Qara bağ” əsərində qeyd edir ki, Ermənistanla Azərbaycanın münasibətlərini düzəltmək üçün ilk öncə azərbaycanlıların başından "yeddi məscidli İrəvanı” çıxarmaq lazımdır. Amma Tomas de Vaal öz kitabında belə qərara gəlir ki, bu, mümkünsüzdür. Gün gələcək və azərbaycanlılar da Fatehin yolu ilə gedərək nəinki Qarabağın, həm də İrəvanın üzərində axirətə qədər dalğalanacaq türk bayrağı asacaqlar. Ermənilər bunu unutmasın!

Çingiz Rüstəmov 
İstiPress 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM