İlin ən yaxşı klub məşqçisinin adı açıqlanıb

20:13 | 27.12.2016
İlin ən yaxşı klub məşqçisinin adı açıqlanıb

İlin ən yaxşı klub məşqçisinin adı açıqlanıb

2016-cı ilin ən güclü klub məşqçisinin adı müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi Dieqo Simeone olub.
 
"Atletiko”nun argentinalı çalışdırıcısının 113 səs toplayaraq bütün həmkarlarını qabaqlaması çoxları üçün sürpriz olub. "Real”a Çempionlar Liqasını qazandıran Zinəddin Zidan ondan cəmi 5 səs az toplayıb. Nominasiyada 3-cü yeri "Lester”lə Premyer Liqa çempionluğunu əldə edən Klaudio Ranyeri tutub.
 
Sorğuda Azərbaycanı təmsil edən apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü Vüqar Xeyrullayev ilk pillədə yayda "Sevilya”nı PSJ-yə dəyişən Unay Emerinin adını qeyd edib. O, növbəti yerlərə Zidan və Ranyerini layiq görməklə nəticəni düzgün müəyyənləşdirib.
 
İlin ən yaxşı klub məşqçiləri:
1. Dieqo Simeone ("Atletiko”) - 113 səs
2. Zinəddin Zidan ("Real”) - 108
3. Klaudio Ranyeri ("Lester”) - 86
4. Xosep Qvardiola ("Bavariya” / "Mançester Siti”) - 62
5. Unay Emeri ("Sevilya” / PSJ) - 38
6. Luis Enrike ("Barselona”) - 24
7. Yurgen Klopp ("Liverpul”) - 16
8. Mauritsio Poçettino ("Tottenhem”) - 15
9. Massimiliano Alleqri ("Yuventus”) - 6
10. Pitso Mosiman ("Mamelodi Sandouns”) - 5
11. Arsen Venger ("Arsenal”) - 4
12. Leonardo Yardim ("Monako”) - 3
12. Loran Blan (PSJ) - 3

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM