İlk qalib müəyyənləşdi

14:19 | 13.06.2015
İlk qalib müəyyənləşdi

İlk qalib müəyyənləşdi

Bu gün "Bakı-2015” I Avropa Oyunlarında dağ velosipedi idmanı üzrə yarışlara start verilib.

Apasport.az saytının məlumatına görə, yalnız 1 gün davam edəcək yarışda əvvəl qadınlar qüvvəsini sınayıblar. Dağ Velosipedi Parkında baş tutan yarışa 27 idmançı qatılıb. Finiş xəttinə hamıdan tez çatan isveçrəli Yolanda Neff qızıl medala yiyələnib. Məsafəni 1 saat 31 dəqiqə 5 saniyəyə qət edən velosipedçi Avropa Oyunları tarixinə düşüb. O, Oyunların ilk çempionu olub.
 
Yolandanın həmyerlisi Katrin Stirnemann 1:33.08 nəticə ilə 2-ci olub. Polşalı Maya Vloçovska 3-cü pilləyə yiyələnib – 1:33.13.
 
Azərbaycanı burada 27-ci sıra nömrəsi ilə start xəttinə çıxan Ülfət Nəzərli təmsil edib. Lakin idmançımız finiş xəttinə çata bilməyib.
 
Qeyd edək ki, bu gün dağ velosipedi idmanında kişilərin da yarışı keçiriləcək


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb