İlkay Gündoğan qayıtdı – 13 aydan sonra

15:00 | 08.09.2014
İlkay Gündoğan qayıtdı – 13 aydan sonra

İlkay Gündoğan qayıtdı – 13 aydan sonra

"Borussiya"nın futbolçusu İlkay Gündoğan uzun müddətdən sonra yaşıl meydanlara qayıdıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, türkəsilli alman yarımmüdafiəçi Dortmund təmsilçisinin U-23 komandası ilə yoldaşlıq matçınında 35 dəqiqə meydanda olub.

Qeyd edək ki, qarşılaşma "Borussiya"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, İ.Gündoğan son olaraq ötən ilin avqustunda Almaniya bundesliqasında "Aysburq"la matçda iştirak edib. Bu görüşdə belindən zədələnən futbolçu uzun müddət idi ki, oynamırdı.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb