İlqar Məmmədov da icazəsiz aksiyaya qarşı çıxdı

15:09 | 01.11.2019
İlqar Məmmədov da icazəsiz aksiyaya qarşı çıxdı

İlqar Məmmədov da icazəsiz aksiyaya qarşı çıxdı

"Real" partiyasının sədri İlqar Məmmədov Demokratik Qüvvələrin Milli Şurasının noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın ləğvini müsbət qarşılayıb. 
 
Demokrat.az xəbər verir ki, partiya sədri Milli Şuranın aksiya qərarlarına qarşı çıxıb. İ.Məmmədov ən düzgün yolun seçkilərdən keçdiyini, böyük bir kütlənin meydanlara çıxıb bu hakimiyyəti yıxmayacağını bildirib: 
 
"Hər kəs anladı ki, kütləvi aksiyanı inqilabın sehrli darvazası kimi onlara təqdim edənlər yanılırdı. Kütləvi aksiya hər şeydən əvvəl dinc və qətiyyətli mövqe ifadəsidir və belə də təqdim olunmalıdır".
 
Xatırladaq ki, Milli Şura dünən noyabrın 2-nə təyin etdiyi aksiyanın ləğv olunduğunu açıqlayıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb