“İncirlik”dən qalxan təyyarələr İŞİD-i vurdu

11:18 | 13.08.2015
“İncirlik”dən qalxan təyyarələr İŞİD-i vurdu

“İncirlik”dən qalxan təyyarələr İŞİD-i vurdu

ABŞ Mərkəzi komandanlığı (CENTCOM) İncirlik aviabazasından səmaya qalxan təyyarələrin İŞİD-in mövqelərinə zərbələr endirdiyini bildirib.

Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir.

CENTCOM öz məlumatında qeyd edib ki, zərbələr "Sarsılmaz əzm” əməliyyatı çərçivəsində endirilib.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi avqustun 9-da İncirlik aviabazasında ABŞ başda olmaqla koalisiyanın "Sarsılmaz əzm” hərbi əməliyyatı çərçivəsində İŞİD terror təşkilatına qarşı mübarizədə iştirak etmək üçün 6 ədəd F-16 təyyarəsi və 300 xidmət personalının yerləşdirildiyini bəyan etmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM