Çindən Bakıya gələn qatarın qarşılanma mərasimi keçirildi - FOTOLAR

10:35 | 03.08.2015
Çindən Bakıya gələn qatarın qarşılanma mərasimi keçirildi - FOTOLAR

Çindən Bakıya gələn qatarın qarşılanma mərasimi keçirildi - FOTOLAR

Çin Xalq Respublikasından Bakı Limanına gələn ilk konteyner qatarının qarşılanma mərasimi keçirilib.

ANN.Az xəbər verir ki, bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ələt qəsəbəsində yerləşən yeni Bərə Terminalında ÇXR-dan Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu üzrə ilk sınaq konteyner qatarının Azərbaycana çatması ilə bağlı rəsmi qarşılanma tədbiri təşkil olunub. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov, dövlət və hökumət nümayəndələri və Azərbaycan, Qazaxıstan, Gürcüstan dəmir yolları, Bakı, Batumi, Aktau limanları və Xəzər Dəniz Gəmiçiliyinin rəhbərləri, eləcə də diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ötən ilin sentyabr ayının 22-də prezident İlham Əliyevin iştirakı ilə Ələt qəsəbəsində Bakı Limanının yeni Bərə Terminalının açılışı olub. Ümumilikdə isə 1 mərhələ çərçivəsində tikinti işlərinin yekunlaşması 2016-cı ilin sonuna nəzərdə tutulur. Yeni Bakı Limanı 400 hekar əraziyə malikdir, o cümlədən Logistik və Ticarət Zona üçün nəzərdə tutulan 100 hektar ərazi də buraya daxildir. Kompleks tam şəkildə istifadəyə verildikdən sonra Bakı Limanının yükaşırma qabiliyyəti 25 milyon ton olacaqdır.





0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb