İndoneziya Respublikasının nümayəndələri ADU-da - FOTOLAR

18:59 | 18.05.2016
İndoneziya Respublikasının nümayəndələri ADU-da  - FOTOLAR

İndoneziya Respublikasının nümayəndələri ADU-da - FOTOLAR

İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində onlar Azərbaycan Dillər Universitetində (ADU) oldular.
 
 
Universitetin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, Ahmad Hanafi Raisin başçılıq etdiyi  nümayəndə heyətini qəbul edən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov onları universitetdə görməkdən məmnun olduğunu dilə gətirdi. Dillər Universiteti haqqında məlumat verən professor Dünyamin Yunusov rəhbərlik etdiyi ali təhsil ocağının bir çox istiqamətlər, o cümlədən müxtəlif dillər üzrə kadrlar hazırladığını sözlərinə əlavə etdi. O, ADU-da mövcud olan dil mərkəzləri haqqında danışaraq İndoneziya Araşdırmalar mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi. Professor Dünyamin Yunusov Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində İndoneziyaşünaslıq ixtisasında 40 tələbənin təhsil alması barədə qonaqlara məlumat verdi. İndoneziya-Azərbaycan münasibətlərinə toxunan professor Dünyamin Yunusov bu əlaqələrin yuksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə etdi.
 
 
Nümayəndə heyətinin rəhbəri Ahmad Hanafi Rais səmimi qəbula görə təşəkkür etdi və ADU-da olmaqdan məmnunluğunu dilə gətirdi. Respublikamıza ilk dəfə səfər etdiyini və Azərbaycana heyran olduğunu deyən Ahmad Hanafi Rais ölkələrimiz arasında bir sıra oxşarlıqların mövcudluğundan bəhs etdi. İndoneziya-Azərbaycan arasındakı münasibətlərdən söz açan A.H.Rais bu əlaqələrin daha da möhkəmlənəcəyinə ümid etdiyini nəzərə çatdırdı. İndoneziya dilinin universitetdə tədris edilməsini yüksək qiymətləndirən qonaq bu dilə marağı olan tələbələrin sayının artacağına ümidvar olduğunu vurğuladı.
 
 
Nümayəndə heyəti daha sonra Azərbaycan Dillər Universitetində (ADU)  Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüşdü. Görüşdə qonaqlar tələbələri maraqlandıran sualları cavablandırdılar.
 
 
Sonda İndoneziya Araşdırmalar mərkəzinə hədiyyələr təqdim olundu.
 
 
Qeyd edək ki, görüşdə İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananie də iştirak edirdi.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM