İndoneziyadakı terroru İŞİD törədib

17:00 | 14.01.2016
İndoneziyadakı terroru İŞİD törədib

İndoneziyadakı terroru İŞİD törədib

İŞİD qruplaşması bu gün səhər saatlarında İndoneziyanın paytaxtı Cakarta şəhərində baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın üzvü məlumat verib.  
"Hücumun hədəfi xarici vətəndaşlar və hüquq-mühafizə orqanları olub”.

Son məlumatlara görə terror aktı zamanı 5-i terorçu olmaqla 17 nəfər həlak olub. Daha 4 terrorçunun həbs olunduğu, digərlərinin axtarışının davam etdiyi bildirilir.

Cakartanın mərkəzində ardıcıl partlayışlar törədən 10-14 nəfərlik terorçu qrup sonradan polislə atışmaya başlamışdı.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb