İnfarkt keçirən İker Kasilyasın son durumu

20:00 | 02.05.2019
İnfarkt keçirən İker Kasilyasın son durumu

İnfarkt keçirən İker Kasilyasın son durumu

"Portu"nun ispaniyalı qapıçısı İker Kasilyas infarkt səbəbəindən xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, 37 yaşlı əlcək sahibi vəziyyəti ilə bağlı "Twitter" hesabında məlumat yayıb. O, "Hər şey nəzarət altındadır. Böyük qorxu yaşadım, ancaq demək olar, yaxşıyam. Mesajlara görə və maraqlandığınız üçün hər birinizə təşəkkür edirəm!" qeydini edib.

Klub məşqdə özünü narahat hiss edən təcrübəli qolkiperin mövsümün sonuna qədər oynamayacağını bəyan edib.

Portuqaliya mətbuatı İspaniya millisinin sabiq üzvünün karyerasını bitirmək məcburiyyətində olduğunu yazıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb