İngilis nazir Qəzzaya görə vəzifəsindən istefa verdi

16:00 | 05.08.2014
İngilis nazir Qəzzaya görə vəzifəsindən istefa verdi

İngilis nazir Qəzzaya görə vəzifəsindən istefa verdi

İngiltərənin ilk müsəlman qadın naziri ölkəsinin Qəzza ilə bağlı yürütdüyü siyasətə etiraz edərək istefa verib. 
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Barones Varsi istefasını tvitter vasitəsilə bildirib: “Dərin kədər hiss ilə bu sabah baş nazirə istefamı təqdim etdim. Hökumətin Qəzza siyasətini artıq dəstəkləyə bilmərəm”. 
Qeyd edək ki, İsrailə daha bir zərbə isə İspaniyadan gəlib. Belə ki, bu ölkə Qəzzaya hücumla bağlı İsrailə silah satışını dayandırdığını açıqlayıb. İspaniya hökuməti sentyabrda bu qərarın uzadılıb-uzadılmayacağına qərar verəcək. Bu ölkə ötən il İsrailə silah satışında 3,6 milyon avro gəlir əldə etmişdi.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb