İngilislərin sevimli avtomobilləri - REPORTAJ

11:10 | 28.04.2015
İngilislərin sevimli avtomobilləri - REPORTAJ

İngilislərin sevimli avtomobilləri - REPORTAJ

Rüstəm Qasımov  

London təkcə özünün tarixi abidələriylə deyil, avtomobilləriylə də diqqəti cəlb edir. Bu şəhərdə olduğum müddətdə ingilislərin  hansı maşınlara üstünlük verdiklərinə  diqqət etdim. Təbii ki, əhalinin böyük bir qismi və bura gələn turistlər daha çox ictimai nəqliyyatdan və ya taksidən istifadə edir.  Amma mənim ən çox diqqətimi bahalı maşınlar çəkdi. Gözəl görünüşlü maşınlar göz oxşayırdı.
   

İngiltərədə məxsusi bir özəllik müşahidə etdim. Əgər siz küçədə gedərkən, sürət maşını görmüsünüzsə, onun şəkilin çəkmək istəyirsinizsə, buyurun. Maşın sahibi sükan arxasında olduqda belə bu problem deyil. Bütün məsələ insanların psixologiyasındadır. Məsələ burasındadır ki, bahalı maşının sahibləri onların maşınına edilən diqqətdən böyük zövq alır.  


Buna mən öz təcrübəmdə də şahid oldum. Avtomobildə iki nəfər oturmuşdu və mən onların fotosunu çəkdim. Onlar heç də narazılıq bildirmədilər, əksinə əvəzində dostyana əl yellədilər. Bu, mənə çox xoş gəldi. Eyni zamanda hiss etdim ki, mənim hərəkətim də onların xoşuna gəlmişdi. 


Londona ilk gəlişimdə sizi Kensiqton bağı ilə tanış etmişdim. Ətrafı nəzərdən keçirdikdə, mən topa insanın bir yerdə durduğunu gördüm. Yaxına gəldikdə, bu insanların professional televiziya kameraları daşıdığını gördüm. Qalan insanlar ya telefonları, ya da adi kameraları ilə bahalı maşınların şəkillərin çəkirdilər.




Kifayət qədər çoxlu sayda insan var idi və kameraların işıqları sönmürdü. 








Tədbir böyük maşın sərgisini xatırladırdı. Sanki avtomobil şirkətləri öz maşınlarını sərgiyə çıxarmışdılar.


Bu kimi gözəlliyin yanında necə şəkil çəkməyəsən axı...


Sonradan aydınlaşdırdım ki, bu bahalı maşınların adi yürüşü idi. Soyuq havaya baxmayaraq burada əsl şənlik havası vardı. İnsanlar söhbət edir, maşınlara baxır və şəkil çəkdirirdilər. 


Əlbəttə ki, ən çox diqqəti "supercar” "Ferrari” çəkirdi. Mən xeyli müddət ayaq saxlayıb bu gözəlliyi öz kameralarımın yaddaşına köçürdüm. 


İtalyanların daha bir şirkətinə məxsus "Maserati” maşını da cəlbedici idi. 


Alman fabrikinin məhsulu olan "Porsche”ni də unutmaq olmaz. 


Öz rəngi ilə hamısından seçilən "BMW” də füsunkarlığı ilə seçilirdi. 


Qeyd edim ki, iri həcmli maşınlar Bakıdan fərqli olaraq burada azlıq təşkil edir. 


Bütün bir həftə ərzində mən cəmi bir "Hammer” gördüm. Bəlkə də onların sayı çoxdur, amma nədənsə onlar gözə dəymir.


Britaniyanın "Bently” markalı maşını isə çoxluq təşkil edirdi. 


Bir çox vətəndaş ya az həcmli motora sahib maşınları, ya da iki nəfərli idman maşınları üstün tutur.  Beləliklə insanlar ekonomik davranmağa çalşır. 








Şəhərdə çoxlu sayda maşın salonları var və orada bahalı maşın markaları satılır. Yaddaş üçün bir neçə şəkil çəkdim. 


Bu tip maşın salonun bəzəyidir. 


Yerli sakinlərin digər nəqliyyat növü motosikletlərdir. Onlar maşınlardan fərqli olaraq tıxacda qalmır və asanlıqla park olunur. 


Qeyd edim ki, maşın dayanacaqları çox bahalıdır. Deyilənə görə, avtomobilin bir gün ərzində dayanacaqda saxlanılması çox baha başa gəlir. Ona görə maşına sahib olmaq çox bahalı həyat tərzi sayılır. 


Bundan başqa əgər siz dayancaqdan çıxarkən pul ödəməsəniz, sizi mütləq tapıb buna vadar edəcəklər. Eyni qayda Londona başqa yerlərdən gəlmiş maşınlara da tətbiq olunur. Şəhərə giriş pulludur. Siz şəhərə nəzarətsiz giriş edə bilməzsiniz, video-müşahidə kameraları sizin maşını və nömrəsini mütləq yaddaşlarına köçürdəcək. Əgər vergini verməkdən yayınsanız, cəriməsi daha baha başa gələcək. 


Bununlada Londonun küçələrində şütüyən bahalı sürət maşınları ilə bağlı reportajımız başa çatdı. Amma biz daha maraqlı yeniliklər gözləyirik, axı səfərimiz hələ davam edir...





















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb