Çingiz Hüseynzadə Ramil Quliyeva cavab verdi

17:00 | 15.08.2017
Çingiz Hüseynzadə Ramil Quliyeva cavab verdi

Çingiz Hüseynzadə Ramil Quliyeva cavab verdi

"Ramil Quliyev KİV-lərə açıqlama verərkən bildirib ki, Azərbaycanda ona normal maaş verilmirdi.

Üstəgəl, ölkəmizdə qaçış üçün şərait də yoxdur. Ramil Azərbaycanda yeganə idmançı olub ki, 19 yaşında heç bir nəticəsi olmadığı halda, AAF təqdimatı əsasında evlə təmin olunub. "Neftçi” idman klubunun nəyə imkanı çatırdısa, o idmançıya maaş verirdi. Ramilin dedikləri düzdür, bu gün də Azərbaycanda qaçış yolu yoxdur, Bakı istisna olmaqla”.

anews.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Yüngül Atletika Federasiyasının rəhbəri Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.

MOK-un Vitse-prezidenti bildirib ki, federasiya da Ramil Quliyevi təbrik etdi.

"Finaldan öncə biz artıq bilirdik ki, Ramil yarışda medal qazana bilər. Bununla bağlı biz Türkiyə ilə danışdıq ki, əgər medal qazansa, o, hər iki bayraqla olacaq. O səbəbdən biz Ramilə bayrağı çatdırdıq”.

Onun sözlərinə görə, Azərbaycan da Londonda yaxşı nəticə göstərib: "Dünya çempionatları iki ildən bir keçirilir. Londonda keçirilən Yüngül Atletika üzrə Dünya çempionatına Azərbaycandan 5 idmançı lisenziya qazanmışdı. İki idmançımız 5-ci yeri tutdu. Biz uğurlu çıxış etdik, atletika olmayan ölkə üçün 5-ci yer böyük nəticədir”.

Çingiz Hüseynzadə efiopiyalı atlet Layeşin Azərbaycan Yüngül Atletika Federasiyası tərəfindən 7000 dollarının mənimsənilməsi iddiasına cavab verib.

"Onun müqaviləsi bizimlə olmayıb, 7000 dollarını da heç kim mənimsəməyib. Ola bilər kimsə ondan borc götürüb, lakin o, bizimlə bağlı problem deyil”.

Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəni 20.09 saniyəyə qaçaraq dünya çempionu adını qazanıb. O, qələbəni Azərbaycan və Türkiyə bayrağı ilə qeyd edib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM