Çinin 4 gəmisi Yaponiyanın ərazi sularına daxil olub

12:15 | 11.09.2016
Çinin 4 gəmisi Yaponiyanın ərazi sularına daxil olub

Çinin 4 gəmisi Yaponiyanın ərazi sularına daxil olub

Çinin Sahil Mühafizə Xidmətinə məxsus 4 patrul gəmisi bazar günü mübahisəli Senkaku adaları ərazisində Yaponiyanın ərazi sularına daxil olub.

Oxu.Az RIA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın dənizdə təhlükəsizlik xidməti məlumat yayıb.

Yaponiya tərəfinin ərazini tərk etmək barədə xəbərdarlığına baxmayaraq, gəmilər saat yarıma yaxın sözügedən ərazi sularında qalıblar. Hazırda onlar yaxın ərazilərdədir. Yaponiyanın dənizdə təhlükəsizlik xidməti vəziyyəti nəzarətdə saxlayır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM