İnternatda təcavüzə məruz qalan qızın acı hekayəti - Azərbaycanda

17:28 | 07.10.2014
İnternatda təcavüzə məruz qalan qızın acı hekayəti - Azərbaycanda

İnternatda təcavüzə məruz qalan qızın acı hekayəti - Azərbaycanda

Onunla sosial işçikimi əməkdaşlıq etdiyim sığınacaqda tanış olmuşdum. Dünyanın ənxoşniyyətli adamı olsanız belə, ona gözəl deyə bilməzdiniz. Gözəldeyildi, qadın kimi çəkiciliyi yox idi. Qısa əl-ayağı onun ümumigörünüşünü bir az da əzik-üzük edirdi. Kənardan siluetinə baxan hamiləolduğunu düşünərdi. Qarnının şişkinliyi ilə bədəni, boy-buxunu heç cüryaxın düşmürdü. Sığınacaqdakılarla var gücü ilə dil tapmağa,başqalarının da işini görməyə çalışırdı. Təbiət ona qadınlığın qırağınıgöstərib geri almışdı. Dinib danışmasa belə, ətrafındakı hamıqıcıqlanırdı.
Esmira ilə 15 dəqiqəlik söhbətdənaydın olurdu ki, körpəliyi uşaq evində keçən qızcığaz sonralar da ailə,ev mühiti görməyib. Danışığındakı jarqonların sayı, istər-istəməzağzından çıxan söyüşlər Esmiranı ara-sıra utandırsa da, çox vaxtətrafdan hansı münasibətə tuş gəldiyinin fərqinə varmırdı.
Dağılan ailə, körpələr evi
Valideynlərininhansı səbəbdən boşandığını xatırlamır. Ancaq anasının onun səkkiz yaşıolanda əlindən tutub uşaq evinə gətirdiyini, arxasınca yalvarsa da,dönüb geri baxmadığını, günlərlə ağladığını, elə bu səbəbdən dətərbiyəçi və uşaqlara döyüldüyünü yaxşı xatırlayır. Bacı-qardaşlarıondan böyük olduğu üçün bu illər ərzində onların izini itirir.
Uşaqevində Esmiranın qara günləri başlayır. Özündən böyüklərinşillə-təpiyi, yemək çatışmazlığı, internatın soyuq divarları körpəninhəyatında ilk sözünü deyir. Çox keçmir ki, Esmira sarılıq xəstəliyinəyoluxur. İndi xatırlayanda sarılıq xəstəliyini iyrəndiyinə görətutduğunu deyir: “Bizdən böyük uşaqlar tualetə getdikdən sonra onlarınbatırdığı yerləri biz təmizləməli olurduq. Bu, bir qayda idi. Etməlisən.Yox, əgər ağlına gəlsə ki, şikayət edib müəllimlərə bir söz deyəsən,həm müəllimlər, həm də uşaqlar səni döyərdi. Tualet təmizləmək səkkizyaşında uşaq üçün asan başa gəlmirdi.
İnternatdaxlor maddəsindən başqa heç bir təmizlik vasitəsi olmur. Əskini xlorabatırıb tualeti, yerləri təmizləyirdik. Bir dəfə necə oldusa, yaş yerdəayağım səndələdi. Nəcis, sidik dolu yerə sərildim. Üz-gözüm, paltarlarımbatmışdı. Əfruz adlı müəllimimiz məni sürüyə-sürüyə buz kimi suyunaltına atdı. Bir saatdan çox fevral ayında soyuq su başıma vurdu. Həminhadisədən bir həftə keçməmiş əllərim, göz bəbəklərim saraldı. Qaraciyərim şişmişdi. Olanları heç kimə danışa bilmədim. Müalicədən sonrahəyatım yenidən əvvəlki vəziyyətinə qayıtdı. Yenə söyüşlər, un horrası,bir baş soğan, tualet təmizliyi, şillə-təpik… Bunların hamısına getdikcəalışırdım. Üzüm bərkimişdi. Özümü müdafiə edə bilməsəm də, etirazetməyin nə ilə qurtaracağını yaxşı bilirdim”.
Esmirabaşına gələnləri danışanda ona qulaq asanlar göz yaşına boğulurdu. Oisə sanki, başqasının faciəsini və ya baxdığı filmi danışırdı. Heç eləbil həmin əzabları o yaşamamışdı.
“13 yaşımyeni tamam olmuşdu. Yaya az qalırdı. Evləri olanlar, aradabir evinəgedən uşaqlar internatdan bir müddətlik də olsa, getmişdi. İnternatdaməndən başqa ancaq təzə gələn uşaqlar var idi. Onlar da məndən kiçikolduqları üçün qorxub yaxına gəlmirdilər. Tətil başlayandan otağaqapanmışdım. Eyni kitabları oxumaqdan əzbərləmişdim. Otaqdançıxmamağımın yeganə səbəbi uşaqların tətildə olması deyildi. Uzun müddətidi ki, Sabir adlı müəllimimiz mənə gün vermirdi. Yeməkxanada, həyətdə,otaqda harada təkləsə məni divara sıxışdırırdı. Çox vaxt nə etdiyiniuşaq ağlım ilə anlamasam da, yeni çıxmış döşlərimi elə sıxırdı ki,gözümdən yaş tökülürdü. Buna baxmayaraq səsimi çıxara bilmirdim.Qorxurdum, nə edə biləcəyini tam anlamasam da, onun mənə pislikedəcəyini hiss edirdim.
Axşam tərəfi idi. Yenədə otağa qapanmışdım. İsti, ağcaqanadın çoxluğu nəfəsimi kəsirdi. Yenədə qapını açıb koridora çıxmağa cəsarətim çatmırdı. Aradabir Sabirmüəllimin ayaq səslərini eşidirdim. Qapıya yaxınlaşır, hənirtisiniqapıya verib asta səslə məni çağırırdı. Hər dəfə də onun mənə baxıbirişə-irişə gülməyi, ora-buramı dartışdırmağı yadıma düşəndə ürəyimbulanırdı. O, çağırdıqca özümü eşitməzliyə vururdum.
Gecəyarıdan keçirdi. Sığınacaqda əl-ayaq yığılmışdı. Arxayın olub yuxuyagetdim. Nə qədər yatmağımdan xəbərim yoxdur. Öz xırıltıma ayıldım.Gözümü açanda Sabirin bir dizi qarnımın üstündə, bir əli isə boğazımdaidi. Ağzımı yummağa çalışırdı. Qışqırmaq istəsəm də, alınmırdı. Gözqırpımında məni yatağa bağladı. Ağzıma isə hər gecə yatanda beliməsarıdığım yun şalı soxmuşdu. Gözlərim hədəqəsindən çıxırdı. Üst-başımıçoxdan soyundurmuşdu. İnternat müəllimimiz Sabir o gecə məni – 13 yaşlıuşağı dörd dəfə zorladı”.
Esmira, bəlkə də,düşünürdü ki, o gecə həyatının ən dəhşətli gecəsidir. Ancaq yanılmışdı:“Solmaz adlı yaşlı müəlliməyə başıma gələnləri dedim. Xəbər qısamüddətdə internata yayıldı. Mən əvvəlki adam deyildim, qadın idim. Həmdə ləkələnmişindən. Xəbər yayılan kimi Sabir internatdan yoxa çıxdı. Onutapa bilmirdilər. Nə vaxtsa üzləşsəydik, onun üzünə dura biləcəyimə dəarxayın deyildim. Solmaz müəlliməni isə çox keçmədi ki, işdənuzaqlaşdırdılar. İnternatımızın müdiri deyirdi ki, Solmaz müəllimə ştatyerinə görə şər atır. Bircə nəfər də olsun, nə müdir, nə həkimlərfikrimi soruşmadı. Sabir bir ay sonra geri qayıtdı. Qara günlərimyenidən başladı. Səssiz, ins-cins olmayan hər küncdə zorlamalar davamedirdi. Bu dəfə daha arxayın idi…”
Esmira ikiay yarım sonra başa düşür ki, vəziyyəti əvvəlki kimi deyil. Dahainternatın həyətində işləyə bilmir, yemək olmayan kimi huşunu itirir,hər addımbaşı qusur. İki uşaq atası Sabir isə onun vəziyyətini anlayır.Esmira hamilə idi. Bu isə Sabirə böyük problem ola bilərdi. Sabir duyuqdüşdükdən iki gün sonra səhərin erkən saatlarında Esmiranı internatdan50-60 metr uzaqlıqda bir əraziyə çağırır. Son dəfə nə zaman aybaşıolduğunu soruşur. Esmira son tarixi deyən kimi Sabirin ilk işi Esmiranınbalaca çiyinlərindən yuxarı qaldırıb daşlığa çırpmaq olur:
“Heçnə başa düşmədim. Çiyinlərimdən tutub yuxarı qaldırdı. Sonra bərk ağrıhiss etdim. Məni yerə çırpdı. Gözümü açanda reanimasiyada idim. İkihəftəyə yaxın dünyadan xəbərsiz reanimasiyada qalmışdım. Burada eşitdimki, Sabiri tutublar. Üç maddə ilə cinayət işi açılsa da, ölkədən qaçabilib. Mən isə əbədiyyən qadın, ana olmaq xoşbəxtliyimi itirmişdim.Orqanlarımın çoxu parçalandığı üçün bəziləri əməliyyat olunmuş, bəziləritamamilə çıxarılmışdı. Bir ay tamam olduqdan sonra mən xəstəxanadançıxdım. Bir daha da internata qayıtmadım. Məndən yaşca böyük internatrəfiqəmin ünvanını xatırlamağa çalışdım. Birtəhər evi tapdım. Onlar üçqız idi, üçü də internatdan. Bütün günü yatıb gecələr bardaişləyənlərdən. Çox keçmədi ki, mən də onlara qoşuldum. Altı ilə yaxındırki, gecə həyatı yaşayıram. Bar, hər gün başqa kişilər. Bütün bunlarkimin günahı idi? Bilmirəm…”
Esmira ilətanışlığımdan xeyli vaxt keçir. O, zorakılıqla üzləşdiyi üçün sığınacağayerləşdirilmişdi. İnternatda başına gələnlərlə müqayisədə bardakızorakılıq yaşamayana, bəlkə də, adi görünür. İndi şikayət etmir. Hərşeyə bir cavabı var: “Mənimki də belə gətirdi”.
//milli az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb