İnterpol sabiq prezidenti axtarış siyahısından çıxardı

15:43 | 21.07.2015
İnterpol sabiq prezidenti axtarış siyahısından çıxardı

İnterpol sabiq prezidenti axtarış siyahısından çıxardı

İnterpol Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçi beynəlxalq axtarış siyahısından çıxarıb.
 
Modern.az Rusiya KİV-inə isitnadən xəbər verir ki, Yanukoviçin adının axtarış siyahısından çıxarılması İngiltərənin "Jozeph Hage” vəkil kontorunun sayəsində baş tutub. 2014-cü ilin martından sabiq prezidentə yardım edən kontor axtarışın siyasi xarakter daşıması ilə bağlı İnterpol-a şikayət etdikdən sonra Yanukoviçin adı siyahıdan çıxarılıb.
 
 
2014-cü ilin fevralında hakimiyyətdən devrilən Viktor Yanukoviç Ukrayna hüquq-mühafizə orqanları tərəfindən külli miqdarda dövlət əmlakını talamaqda və s. cinayətlərdə ittiham olunur. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb