İntiqam Hümbətova yüksək vəzifə verildi

11:17 | 28.06.2018
İntiqam Hümbətova yüksək vəzifə verildi

İntiqam Hümbətova yüksək vəzifə verildi

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparatın rəhbəri və şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Nazirlikdən Kult.az-a verilən məlumata görə, nazirin müvafiq əmrinə əsasən, Fikrət Köçəri oğlu Babayev nazirliyin Aparatının rəhbəri təyin edilib.

Yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsi Vüqar Şixəmmədova havalə edilib.

Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri isə Aslan Cəfərov təyin olunub.

Bundan əlavə, Mədəniyyət naziri Əbülfəs Qarayevin imzaladığı əmrlə İntiqam Hümbətov Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İ.Hümbətov bundan əvvəl nazirlikdə İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri işləyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb