"İphone" həvəskarlarına şad xəbər - Yenilik+Fotolar

14:31 | 30.01.2015

"İphone" həvəskarlarına şad xəbər - Yenilik+Fotolar

"Apple" texniki yeniliklər həvəskarlarını sevindirməyə hazırlaşır.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, şirkətin ən son smartfonu olan "iPhone 6"nın təqdimatından bir il keçməsə də artıq "iPhone 7" hazırlıqları başlayıb.

Yeniliyin ilkin eskizi də yayılıb. Telefonun 4.7 inç ekrana sahib olması gözlənilir. Yeni iPhone 5GB RAM-la təhciz ediləcək. "iPhone 6"larda olduğu kimi onda da 16, 64 və 128 GB yaddaş seçimləri olacaq.

Ön kameranın 5, arxa kameranın isə 12 meqapiksel olması gözlənilir.

"iPhone 7" sələfindən fərqli olaraq daha nazik - 6.1 mm olacaq.





0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM