İpoteka Fondu 390 mln. manat cəlb edib

15:23 | 10.05.2016
İpoteka Fondu 390 mln. manat cəlb edib

İpoteka Fondu 390 mln. manat cəlb edib

Azərbaycan İpoteka Fondu tərəfindən ipoteka kreditləşməsinin bərpa edilməsi və davamlılığının təmin edilməsi məqsədilə 2009-cu ildə istiqraz buraxılışı yolu ilə bazardan maliyyə vəsaitlərinin cəlb edilməsinə başlanılıb və bu günə qədər 9 emissiya üzrə 390 mln. manat məbləğində vəsait bazardan cəlb edilib.

Fonddan Oxu.Az-a verilən xəbərə görə, ipoteka ilə təmin edilmiş istiqrazların emissiyası təkrar ipoteka bazarının inkişafında və ipoteka kreditləşməsinin davamlılığının təmin edilməsində mühüm rol oynayıb.

İlk dəfə olaraq, 29 may 2009-cu il tarixində Fondun 55 mln. manat məbləğində 7 il müddətinə AZ2001008682 nömrəli təmin edilmiş istiqrazları dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, Fondun aktiv və passivlərinin effektiv idarə edilməsi modeli, dayanıqlı likvidlik mövqeyi və kredit portfelinin yüksək keyfiyyəti sayəsində birinci emissiya üzrə öhdəliklər (55 mln. manat) hətta vaxtından əvvəl icra olunub.

Bununla da, Fondun ilk emissiyası uğurla və vaxtından əvvəl başa çatdırılıb. Uzunmüddətli öhdəliklərin idarə olunması sahəsində əldə olunmuş təcrübə nəticəsində Fondun növbəti istiqrazları üzrə də öhdəliklərin vaxtında icrası təmin olunacaq.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb