İqdirda erməni dilində yazı sökdürülüb

14:03 | 22.06.2016
İqdirda erməni dilində yazı sökdürülüb

İqdirda erməni dilində yazı sökdürülüb

Türkiyənin İqdir rayonunun Tuzluca qəsəbəsinin girişi və çıxışında erməni dilindəki "Xoş gəldiniz, gülə gülə” yazısı sökülüb.
 
APA-nın "cnnturk.com” saytına istinadən verdiyi xəbərə görə, buna səbəb İqdirin Azərbaycan əsilli sakinlərinin etirazı olub.
 
Azərbaycanlıların etirazından sonra Tuzluca bələdiyyəsi şəhərin giriş və çıxışlarında erməni dilindəki yazını yanğınsöndürmə briqadalarının köməyi ilə söküb.
 
Qeyd edək ki Ermənistanla həmsərhəd olan İqdirin Tuzluca qəsəbəsində bələdiyyə türk, ingilis, kürd və erməni dillərində "Xoş gəldiniz, gülə gülə" yazıları yazdırmışdı.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb