İran 100 «Boeing» almaq istəyir

22:22 | 20.06.2016
İran 100 «Boeing» almaq istəyir

İran 100 «Boeing» almaq istəyir

İran «Boeing» şirkətiylə 100 təyyarənin alınması üzrə razılaşma əldə edib. İranın mülki aviasiya idarəsinin rəhbəri Ali Abedzadeh deyib ki, İranın 250 təyyarəsindən 230-u dəyişilməlidir.

Bu razılaşmanın yekunlaşmasından ötrü «Boeing» ABŞ hökumətinin təsdiqini almalıdır.

«Boeing» iyunun 15-də bildirmişdi ki, sərnişin təyyarəsi almaq istəyən İran hava şirkətiylə danışıqlar aparır.

Yanvarda sanksiyalar qaldırılandan İran 200-dək təyyarə sifariş edib. Tehran uzun müddət idi köhnəlmiş hava donanmasını yeniləmək niyyətini bildirmişdi. Səbəb də Vaşinqton və digər Qərb ölkələrinin qoyduğu ticarət qadağaları idi. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb