İran nefti ilə dolu ilk tanker Avropaya yola düşdü

12:53 | 15.02.2016
İran nefti ilə dolu ilk tanker Avropaya yola düşdü

İran nefti ilə dolu ilk tanker Avropaya yola düşdü

İran İslam Respublikası sanksiyaların ləğvindən sonra neftlə dolu ilk tankeri Avropaya yola salıb. 

Rusiyanın "Lukoil” şirkətinin yüklərinin daşınmasını həyata keçirən "Litasco" şirkətinə məxsus tanker Fars Körfəzindəki Xark adasında yerləşən terminaldan yola çıxıb.
 
APA-nın "Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, yaxın saatlarda Fransa, İspaniya və Çin şirkətlərinə məxsus tankerlərə də neft yüklənərək Avropaya göndəriləcək. İxrac olunacaq neftin ümumi həcmi 4 milyon bereldir.
 
Qeyd edək ki, İranın vitse-prezidenti Eshaq Canahgiri mart ayına qədər neft ixracının gündə 1, 5 milyon barelə çatıdrılacağını söyləyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM