İran parlamenti fövqəladə iclas keçirəcək

22:09 | 31.12.2017
İran parlamenti fövqəladə iclas keçirəcək

İran parlamenti fövqəladə iclas keçirəcək

İran Məclisi (parlamenti) ölkənin bir sıra şəhərlərindəki hadisələrə görə bazar ertəsi fövqəladə iclas keçirəcək.

Virtualaz.org İRNA agentliyinə istinadən bildirir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Kamal Dehqan Firuzabadi deyib.

"Rəsmi şəxslər belə hadisələrin qarşısını almağa imkan verən metodları müzakirə edəcəklər", - deyə agentlik onun sözlərini sitat gətirib.

Xatırladaq ki, İranda üçüncü gündür etiraz aksiyaları davam edir. Aksiyalar əvvəlcə qiymət artımına qarşı başlasa da, tezliklə dövlət hakimiyyətinə qarşı tammiqyaslı mitinqlərə çevrilib.

Birinci nümayiş dekabrın 28-də Məşhəd şəhərində keçirilib. Ardınca aksiya Tehran, İsfahan, Yəzd və ölkənin digər iri şəhərlərini əhatə edib. Ardıcıl çıxışlar polis ilə toqquşmalara gətirib çıxarıb ki, nəticədə onlarla insan saxlanılıb.

Artıq iki nümayişçinin güllələndiyi təsdiq olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb