İran rəsmisi: "Tehranda terror aktlarının qarşısı alınıb"

20:17 | 20.06.2016
İran rəsmisi:

İran rəsmisi: "Tehranda terror aktlarının qarşısı alınıb"

Əli Şamxaninin sözlərinə görə, ölkə paytaxında partlayış törətməyi planlaşdıranlar tutulublar

"Son günlər Tehranda bir neçə terror aktının qarşısı alınıb".

"Report" "PressTV"yə istinadən xəbər verir ki, bunu İslam Respublikası Ali Təhlükısizlik Şurasinin katibi Əli Şamxani bidirib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları Tehranda partlayış törətməyi planlaşdıran şəxsləri həbs edib: "Onlar müqəddəs Ramazan ayında öz pis niyyətlərini həyata keçirməyə cəhd göstəriblər".

Qeyd edək ki, təxminən bir ay əvvəl İranın kəşfiyyat və informasiya naziri Mahmud Ələvi ölkədə sabitliyi pozmaq məqsədi ilə partlayış törətməyi planlaşdıran 20 terrorçu dəstə zərərsizləşdirdiklərini bildirmişdi. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb