İran səfirliyinə hücum: Bayraq endirildi

09:45 | 10.03.2018
İran səfirliyinə hücum: Bayraq endirildi

İran səfirliyinə hücum: Bayraq endirildi

İranın Britaniyadakı Səfirliyinin binasının eyvanına bir neçə naməlum şəxs daxil olaraq, İran bayrağını endirib.

Axar.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayı. Agentlik səfirliyə hücum edən şəxslərin Londondakı dini ekstrimist qruplardan birinin üzvləri olduğunu bildirib.

Səfirliyə hücum edən şəxslər həmçinin İranın rəsmi şəxslərinin ünvanına təhqiramiz şüarlar səsləndiriblər.

"BBC Fars” isə hücum edənlərlə bağlı maraqlı məlumat yayıb. Radio bu şəxslərin ayətulla Məhəmməd Şirazinin ideyalarının davamçıları olduğunu bildirib.

Qeyd edək ki, Məhəmməd Şirazi 2001-ci ildə vəfat edib. O, İranın keçmiş Ali Dini lideri Ruhulla Xomeyninin əsas düşmənlərindən biri sayılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb