İran şərtlərini açıqladı

12:32 | 13.03.2016
İran şərtlərini açıqladı

İran şərtlərini açıqladı

 İran neft hasilatını gündəlik 4 milyon barelə çatdırdıqdan sonra böyük neft istehsalçıları ilə öz neft hasilatını dondurmaq barədə müzakirə aparacaq.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə,  bunu bu gün Bəndər-Abbas şəhərində yeni neft emalı zavoduna baş çəkən İranın neft naziri Bijan Namdar Zanqane bildirib.
 
İranın neft naziri deyib ki, ölkəsi gündəlik 4 milyon barel neft hasil edənə qədər digər neft istehsal edən ölkələr İranı narahat etməməlidirlər: Biz gündəlik hasilatı o səviyyəyə çatdıran zaman neft istehsal edən digər ölkələrlə əməkdaşlıq edə bilərik. Biz sanksiyalar götürüləndən sonra özümüz özümüzə sanksiya tətbiq etmək niyyətində deyil. İran bu il martın 20-ə qədər neft hasilatını gündəlik 2 milyon barelə çatdıracaq.
 
Qeyd edək ki, bundan əvvəl  Rusiya və İran böyük həcmdə neft hasil edən digər ölkələr bu təşəbbüsə qoşularsa, neft hasilatını dondurmaq barədə razılığa gəliblər. Azərbaycan da bu təşəbbüsə qoşulacağını bəyan edib. İran neft nazirinin müavini Əmir Hüseyn Zamaninia isə bundan əvvəl İranın bu  ilin ikinci yarısında neft hasilatını gündəlik 3,6 milyon barelə  çatdıracağını açıqlayıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb