İran sularına naviqasiya səhvindən giriblər

11:40 | 15.01.2016
İran sularına naviqasiya səhvindən giriblər

İran sularına naviqasiya səhvindən giriblər

ABŞ-ın Müdafiə naziri Ash Carter deyir ki, iki qayığının İran sularına girməsinə texniki nasazlıq deyil, naviqasiya səhvi səbəb olub. Dənizçiləri İran bir gün saxlayıb buraxmışdı.

"Komandirləri vasitəsilə bizə verdikləri informasiya odur ki, naviqasiya səhvi ucbatından İran sularına daxil olublar”, Carter yanvarın 14-də Miamidə Fusion şəbəkəsinə müsahibəsində deyib.

Carter onu da sözlərinə əlavə edib ki, dənizçilər insident zamanı bunu naviqasiya səhvi adlandırmayıblar və ola bilsin, İran qayıqları ilə rastlaşan zaman hələ məsələni aydınlaşdırmağa çalışıblar.

İnsident baş verən gün ABŞ rəsmiləri səbəbin mexaniki problemlərdə olduğunu deyirdi. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb