İran Suriyada 82 minlik ordu saxlayır

20:45 | 26.01.2018
İran Suriyada 82 minlik ordu saxlayır

İran Suriyada 82 minlik ordu saxlayır

İsrail İranın Suriyada hərbi mövcudluğuna dair məxfi məlumatları səsləndirməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı İsrailin BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Dani Danon söyləyib.

"Suriyada İran hakimiyyətinə birbaşa tabe olan 82 min döyüşçü var. Bu döyüşçülərdən 3 mini İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləridir. Hizbullah da Suriyada 3 min döyüşçü saxlayır, 10 min döyüşçünü isə İran İraq, Əfqanıstan və Pakistandan buraya gətirib. Üstəlik, İran 66 min Suriya hərbçisinə birbaşa komandanlıq edir”, – deyə o bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb