İran Trampdan BMT-yə şikayət etdi

11:29 | 04.01.2018
İran Trampdan BMT-yə şikayət etdi

İran Trampdan BMT-yə şikayət etdi

İran daxili işlərinə qarışmaqda ittiham etdiyi Amerika Birləşmiş Ştatlarını (ABŞ) Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət edib.

AzVision.az-ın məlumatına görə, bununla bağlı İranın BMT yanında daimi nümayəndəsi Qulaməli Xosrov təşkilatın baş katibi Antonio Quterreşə məktub ünvanlayıb.

Məktubda qeyd olunur: "ABŞ hökuməti İranda keçirilən etiraz aksiyalarına dəstək vermə bəhanəsilə ölkənin daxili işlərinə qarışma fəaliyətlərini artırıb. ABŞ prezidenti və vitse-prezidenti çoxsaylı "tweet”ləri ilə iranlıları təhrikedici fəaliyyətə təşviq edib. Tramp administrasiyasının İranla bağlı açıqlamaları qınanılmalıdır”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb