"İran və Rusiya Azərbaycan və Ermənistanı sülhə razı salmaq üçün əllərindən gələni etməlidir"

22:38 | 20.04.2016

"İran və Rusiya Azərbaycan və Ermənistanı sülhə razı salmaq üçün əllərindən gələni etməlidir"

"İran və Rusiya Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə razı salmaq üçün əllərində olan bütün imkanlardan istifadə etməlidir".
 
APA-nın "Vesti Kavkaza” saytına istinadən verdiyi məlumata görə, bu sözləri İran parlamentinin sədri Əli Laricani deyib. O bildirib ki, iki ölkənin diqqətini cəlb edən əsas məsələlərdən biri Azərbaycanla Ermənistan arasındakı münaqişədir: "Regionda kifayət qədər qarışıqlıq və  müharibələr var. Biz rusiyalı həmkarlarımızla belə bir fikri paylaşırıq ki, müharibə alovunun bütün regiona yayılmasına imkan verməməliyik”.  
 
Qeyd edək ki, Ə. Laricani Moskvaya səfəri zamanı Azərbaycan Milli Məclisinin sədri Qqtay Əsədovla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirə aparıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb