İran XİN rəhbərinin müavini Türkiyəyə səfər edəcək

11:30 | 10.04.2016
İran XİN rəhbərinin müavini Türkiyəyə səfər edəcək

İran XİN rəhbərinin müavini Türkiyəyə səfər edəcək

İran xarici işlər nazirinin  beynəlxalq və hüquqi məsələlər üzrə müavini Abbas Əraqçi aprelin 10-da Türkiyəyə səfər edəcək.
 
APA - nın Tehran bürosunun məlumatına görə, A.Əraqçi  İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Şurasına (İƏT) üzv ölkələrin dövlət başçılarının sammitinin gündəliyini müzakirə etmək məqsədi ilə Türkiyəyə səfər edir.
 
İƏT-ə üzv ölkələrin dövlət başçılarının sammiti gələn həftənin 14-15 aprel tarixlərində  İstanbulda keçiriləcək.
 
Sammitdən öncə 10-11 aprel tarixlərində ekspertlər,  13-14 apreldə isə İƏT -ə üzv ölkələrin XİN  başçılarının iclası keçiriləcək.
 
Qeyd edək ki, İƏT-in baş katibi İyad bin Amin Mədənibit neçə gün əvvəl Dağlıq Qarabağda da baş verən döyüşlərdən narahatçılığını ifadə edib. O,  Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz və  dərhal işğal olunmuş ərazilərdən geri çəkilməsini tələb edib.
 
İyad bin Amin Mədənibit Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb