İran yerli avtomobil istehsalına başlayıb

23:15 | 02.03.2016
İran yerli avtomobil istehsalına başlayıb

İran yerli avtomobil istehsalına başlayıb

İran dünyanın nəhəng avtokonsernlərinə meydan oxudu. 

ANS PRESS-in məlumatına görə, Azərbaycanın cənub qonşusu özünün avtomobilini istehsal edib. Yerli maşın "Saia" adlanır. Dizel mühərrikli avtomobil SAIPA şirkəti tərəfindən istehsal edilib. 

Maşın Tehranda keçirilən avtomobil sərgisində nümayiş edilib. Bu il üçüncü dəfə keçirilən sərgidə 32 ölkədən 138 xarici şirkət iştirak edib. Ümumilikdə isə 500 şirkət öz istehsalı olan məhsulunu təqdim edib. 

Sərginin açılışını prezident Həsən Ruhani edib. O, yerli istehsal olan maşını da sınamağı unutmayıb. "Saia"ya minən Ruhani onu yüksək qiymətləndirib. "Yüksək keyfiyyət, qiymət cəhətdən də rəqabətçi və ətraf mühit dostudur.  İran öz maşınlarının dünya bazarına çıxması üçün əlindən gələni edəcək". 

Bu il yanvarın 16-da İrana qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılıb. Bundan sonra İran xarici bazarlara çıxış əldə edib.  

Sanksiyalara səbəb isə İranın nüvə texnologiyasını inkişaf etdirmək niyyəti idi. 2015-ci il iyulun 14-də nüvə proqramı üzrə "altılıq"la İran yekun razılıq sənədi imzalayıb. Həmin sənədə əsasən, Tehran nüvə proqramını dinc məqsədlər üçün istifadə edəcək, qarşı tərəf isə bu şərti yerinə yetirdiyi halda beynəlxalq sanksiyalar aradan qaldıracaq.

İran və dünyanın altı dövləti - ABŞ, Britaniya, Fransa, Çin və Rusiya, eləcə də Almaniya arasında danışıqlar 2006-cı ildə başlayıb. ABŞ konqresi bu razılaşmaya qarşı çıxsa da prezident Barak Obama razılaşmanın lehinə addımlar atdı. Nəticədə isə İranla 30 ildən çox davam edən soyuq münasibətlər istiləşməyə başlayıb.

Sanksiyaların ləğvindən sonra prezident Həsən Ruhaninin Avropa ölkələrinə səfəri baş tutub. Bir sıra önəmli razılaşmalar əldə edilib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb