İrana qarş sanksiyalar tezliklə götürülə bilər

22:00 | 11.01.2016
İrana qarş sanksiyalar tezliklə götürülə bilər

İrana qarş sanksiyalar tezliklə götürülə bilər

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini İrana qarşı iqtisadi sanksiyaların tezliklə aradan qaldırılacağını gözləyir.

Qeyd edək ki, ötən il İranla aparıcı dünya ölkələri arasında əldə edilmiş nüvə sazişində Tehranın uran zənginləşdirilməsini dayandırması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.

Mogherini yanvarın 11-də Praqada jurnalistlərə deyib ki, hələlik bunun vaxtı müəyyən edilməyib, ama razılaşmanın yerinə yetirilməsi yaxşı gedir.

O Çexiyanın xarici işlər naziri Lubomir Zaoraleklə görüşdən sonra mətbuat konfransında deyib ki, razılaşdırımış bütün məsələlər düzgün yerinə yetirilməlidir: "İşlər yaxşı gedir,sanksiyalar yaxın vaxtlarda aradan qaldırıla bilər”,deyə vurğulayıb. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM