İranda 5 bal gücündə zəlzələ olub

11:28 | 19.03.2018
İranda 5 bal gücündə zəlzələ olub

İranda 5 bal gücündə zəlzələ olub

İranın cənubunda yerləşən Buşehr əyalətində 5 bal gücündə zəlzələ olub.

A24.Az  "Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanlar martın 19-da Bakı vaxtı ilə səhər saat 9 radələrində 11 km dərinlikdə baş verib. Zəlzələnin mərkəzi əyalətin Gonaveh rayonu olub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yayılmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM