İranda 5,0 bal gücündə zəlzələ baş verib

18:40 | 20.03.2018
İranda 5,0 bal gücündə zəlzələ baş verib

İranda 5,0 bal gücündə zəlzələ baş verib

İranın cənub bölgəsində 5,0 bal gücündə zəlzələ baş verib.
 
APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
 
Yerli vaxtla saat 23:02-də qeydə alınan yeraltı təkanların episentri Behbahan şəhərindən 13  km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM