İranda terror aktı - Ölən və yaralanan var

12:41 | 06.12.2018
İranda terror aktı - Ölən və yaralanan var

İranda terror aktı - Ölən və yaralanan var

İranın cənubi-şərqindəki Sistan vilayətində terror aktı törədilib.

Çabahar şəhərindəki hərbi baza yaxınlığında partlayış törədilib. Bu barədə vilayət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Məhəmməd Hadi Maraşi məlumat verib:

"Bu gün səhər saatlarında Çabahardakı hərbi baza yaxınlığında partlayıcı qurğu işə salınıb. Nəticədə bir neçə nəfər yaralanıb. Həlak olan var”.

"Tasnim” agentliyi isə ən azı 3 nəfərin həlak olduğu barədə məlumat yayıb. "Al Mayadeen” kanalı isə partlayış olan bölgədə silah səslərinin eşidildiyi barədə xəbər yayıb.

Qeyd edək ki, maşına quraşdırılmış partlayıcı qurğu işə düşüb və partlayış olub.

olke.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM